İngiltərə Mərkəzi Bankı uçot dərəcələrini dəyişdirməyib

İngiltərə Mərkəzi Bankı uçot dərəcələrini dəyişdirməyib USD/GBP məzənnəsi kəskin yüksəlib
Maliyyə
14 İyul , 2016 20:17
İngiltərə Mərkəzi Bankı uçot dərəcələrini dəyişdirməyib

Bakı. 14 iyul. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankı (BoE) "Brexit"dən sonrakı ilk iclasında uçot dərəcələrini dəyişdirməyib və 0,5% səviyyəsində saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. BoE-nin bu qərarı maliyyə bazarları tərəfindən sürpriz kimi qarşılanıb. Bank, faiz dərəcələri ilə bərabər monetar ekspansiya həcmini də 375 mlrd. funt səviyyəsində sabit saxlayıb, həmçinin avqust ayında əlavə iqtisadi stimullaşdırma ilə bağlı siqnallar verib. 

Xatırladaq ki, maliyyə bazarlarında 80% proqnozlar BoE-nin faizləri endirməsi istiqaməntində idi. Nəticədə funt sərt şəkildə yüksəlib. Belə ki, USD/GBP məzənnəsi 1,3230 səviyyəsindən bir neçə dəqiqə ərzində 2 bənddən çox və ya 1,7% artaraq 1,345-ə yüksəldikdən sonra hazırda 1,3350 səviyyəsində sabitləşib.

Son xəbərlər

Orphus sistemi