Yuxarı

“İnci Kredo Kredit İttifaqı”nın təsisçilərindən biri payını geri götürüb

​“İnci Kredo Kredit İttifaqı”nın təsisçilərindən biri payını geri alıb

Bakıda fəaliyyət göstərən “İnci Kredo Kredit İttifaqı” MMC-nin təsisçilərindən biri payını geri götürüb.

“Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, Tərlan Osman oğlu Əkbərov 3 mart 2019-cu il tarixli, 1972080003545 saylı, notarial təsdiq edilmiş ərizəyə əsasən kredit ittifaqının nizamnamə kapitalında ona məxsus hissəni alaraq təsisçilikdən çıxıb.

Xatırladaq ki, “İnci Kredo Kredit İttifaqı” 2011-ci ildə, 4 min manatlıq nizamnamə kapitalı ilə yaradılıb. T.Əkbərovun payını götürdükdən sonra kredit ittifaqının kapitalının qədər azaldığı (neçə manata düşdüyü) hələ ki, açıqlanmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi