​İMF qlobal iqtisadi artım tempi proqnozunu aşağı salıb

​İMF qlobal iqtisadi artım tempi proqnozunu aşağı salıb MDB ölkələri iqtisadi artım proqnozu artırılıb
Maliyyə
19 İyul , 2016 19:50
​İMF qlobal iqtisadi artım tempi proqnozunu aşağı salıb

Bakı. 19 iyul. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (İMF), Qlobal İqtisadi İcmal hesabatında dünya iqtisadiyyatı ilə bağlı qiymətləndirmə aparıb və qlobal iqtisadi artım tempi ilə bağlı proqnozlarını dəyişib.

"Report" xəbər verir ki, bu barədə iyunun 19-da  İMF-in rəsmi saytında məlumat yayımlanıb. 

Hesabatda 2016-cı il qlobal iqtisadi artım sürəti bundan əvvəlki aprel ayı proqnozu ilə müqayisədə 0,1 bənd azaldılaraq 3,1%-ə, 2017-ci il proqnozu isə 3,5%-dən 3,4%-ə endirilib.

İMF ABŞ iqtisadiyaytının 2016-cı il artım tempi proqnozunu aprel ayı proqnozu ilə ilə müqayisədə 0,2 bənd azaldaraq 2,2%-ə endirərkən, 2017-ci il proqnozunu dəyişməyərək 2,5% təsdiqləyib.

Avropa İttifaqı iqtisadiyyatına aid proqnoz 0,1 bənd artırılaraq 2016-cı il yekunun üçün 1,6%-ə, 2017-ci il proqnozu isə 0,2 bənd azaldılaraq 1,4%-ə çatdırılıb.

MDB ölkələri iqtisadi artımı proqnozu 2016-cı il üçün 1%, 2017-ci il üçün isə 2,5% qeyd olunub. Bu, aprel ayı proqnozlarından müvafiq olaraq 0,1 və 0,2 bənd çoxdur.

Son xəbərlər

Orphus sistemi