Yuxarı

İlham Əliyev: "Azərbaycanda bundan sonra da qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq"

Dövlət başçısı ötən il Azərbaycana 8 mlrd. dollar xarici, 3,7 mlrd. dollar daxili sərmayənin qoyulduğunu deyib

Bakı. 10 yanvar. REPORT.AZ/ “Keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul (ÜDM) azalsa da, qeyri-neft sənayesində 5%, kənd təsərrüfatında isə 2,6% artım əldə olunub”. 

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

2016-cı ilin ölkənin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayan dövlət başçısı qəbul edilən qərarlar nəticəsində bundan sonra da qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını qeyd edib.

Azərbaycana 8 mlrd. ABŞ dolları xarici, 3,7 mlrd. dollar daxili sərmayənin qoyulduğunu deyən İ.Əliyev bildirib ki, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması olub və buna da nail olunub: “Bəzi neft ölkələrindən fərqli olaraq Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edildi”.

Azərbaycanda görülən işlərin beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini, Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını deyən prezident böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yerinin açıldığını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi