İslam İnkişaf Bankının Türkiyədəki regional ofisinin rəhbəri Azərbaycana gəlir - EKSKLÜZİV

İslam İnkişaf Bankının Türkiyədəki regional ofisinin rəhbəri Azərbaycana gəlir - EKSKLÜZİV “İslam İnkişaf Bankının Ankaradakı regional ofisinin rəhbəri Saleh Celassi fevralın 27-də Azərbaycana səfər edəcək”.
Maliyyə
25 Fevral , 2020 16:02
İslam İnkişaf Bankının Türkiyədəki regional ofisinin rəhbəri Azərbaycana gəlir - EKSKLÜZİV
google.az
0 : 00
0 : 00

“İslam İnkişaf Bankının Ankaradakı regional ofisinin rəhbəri Saleh Celassi fevralın 27-də Azərbaycana səfər edəcək”.

Bu barədə “Report”a İslam İnkişaf Bankının Ankaradakı regional ofisindən bildirilib.

Məlumata görə, İslam İnkişaf Bankının qiymətləndirmə missiyası hazırda ölkədədir: “İslam İnkişaf Bankı ilə “Azərsu” ASC arasında Azərbaycan rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi, eləcə də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) və İslam İnkişaf Bankı ilə birgə həyata keçirdiyi “Kənd yerlərinin kompleks inkişafı layihəsi” ilə bağlı müzakirələr aparır. S.Celassi müzakirələrin son gününə qatılacaq”.

Xatırladaq ki, ümumi dəyəri 103,8 mln ABŞ dollar təşkil edən “Kənd yerlərinin kompleks inkişafı layihəsi”nin icrası 2011-ci ildən başlayıb. Layihəni Aqrar Kredit və İnkişaf Agentliyi Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) və İslam İnkişaf Bankı ilə birgə həyata keçirir. Layihənin həyata keçirilməsi üçün İslam İnkişaf Bankı 66,4 mln ABŞ dolları, İFAD isə 19,35 mln ABŞ dolları məbləğındə kreditlər ayırıb.

İslam İnkişaf Bankı “Azərsu” ASC arasında Azərbaycan rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə 2012-ci ildən başlanılıb. Bank sözügedən layihəyə 200 mln ABŞ dolları ayırıb. 

Son xəbərlər

Orphus sistemi