“İdeal Kredit” BOKT-nin aktivləri 3% artıb

“İdeal Kredit” BOKT-nin aktivləri 3% artıb “İdeal Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 2,5% artaraq bu il yanvarın 1-nə 3,774 mln. manat təşkil edib.
Maliyyə
4 May , 2019 12:58
“İdeal Kredit” BOKT-nin aktivləri 3% artıb

“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 2,5% artaraq bu il yanvarın 1-nə 3,774 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “İdeal Kredit”in müştərilərə verdiyi xalis kreditlər 2,8% artaraq 3,177 mln. manata çatıb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri cüzi artaraq 2,687 mln. manat, cəmi kapitalı isə 9,25% artaraq 1,087 mln. manat olub.

“İdeal Kredit” 2018-ci ili 122 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən təxminən 22% çoxdur. 

Son xəbərlər

Orphus sistemi