Yuxarı

“İcraçı Kredit Agentliyi” BOKT-un səhmdarlarından biri payını azaldıb

“İcraçı Kredit Agentliyi” BOKT-un səhmdarlarından biri payını azaldıb

Bakı. 12 iyun. REPORT.AZ/ “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 4 min manat və yaxud 1,79% azalaraq 223 450 manatdan 219 450 manata düşüb.

“Report” xəbər verir ki, buna səbəb BOKT-un səhmdarı qismində çıxış edən 9 kredit ittifaqından (hüquqi şəxslər) 1-nin payını azaltmasıdır.

Son nəticədə kredit ittifaqlarının “İcraçı Kredit Agentliyi”nin kapitalındakı payı 32,54%-dən 31,31%-ə düşüb, əvəzində BOKT-un 12 işçisinin (fiziki şəxslər) payı 67,27%-dən 68,5%-ə çatıb. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının kredit təşkilatındakı payı isə dəyişməyərək 0,19% qalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi