“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi xalis mənfəətini 12 dəfə artırıb

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi xalis mənfəətini 12 dəfə artırıb Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin cəmi aktivləri bu il yanvarın 1-nə 24,306 milyon manat təşkil edib.
Maliyyə
15 İyul , 2019 17:20
“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi xalis mənfəətini 12 dəfə artırıb

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin cəmi aktivləri bu il yanvarın 1-nə 24,306 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 89,6% çoxdur.

Hesabat dövründə “İçərişəhər”in cəmi öhdəlikləri, təxminən, 33 dəfə artaraq 3,34 milyon manata, cəmi kapitalı isə 67,1% artaraq 21,272 milyon manata çatıb.

2018-ci ildə “İçərişəhər”in dövlət büdcəsindən ayırmalar hesabına əsas əməliyyat gəlirləri 10,573 milyon manat (2017-ci ilə nisbətən 2,9% az), aldığı xidmətlərin və materialların dəyəri 8,813 milyon manat (4,2 dəfə çox), əməkhaqqı xərcləri 4,281 milyon manat (58,4% çox), sosial ayırmaları 963 min manat (22,7% çox), köhnəlmə və amortizasiya xərcləri 2,778 milyon manat (2,4 dəfə çox), sair əməliyyat gəlirləri 5,117 milyon manat (2,3 dəfə çox), sair əməliyyat xərcləri 4,852 milyon manat (22,4% az), fövqəladə gəlirləri 9,058 milyon manat (təxminən, 400 dəfə çox), fövqəladə xərcləri 1,422 milyon manat (2017-ci ildə olmayıb), mənfəət vergisi ödəmələri isə 328 min manat (2017-ci ildə olmayıb) təşkil edib.

Son nəticədə idarə ötən ili 1,31 milyon manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 11,9 dəfə çoxdur. 

Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ölkə Prezidentinin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi