Yuxarı

​İcbari Sığorta Bürosu vətəndaşa 3 min manat ödəyib

Bu vəsait Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsində ailə üzvünü itirən şəxsə verilib

Bakı. 18 noyabr. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) tərəfindən bu gün Azərbaycan vətəndaşına 3 min manat məbləğində kompensasiya ödənişi verilib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.

Məlumata görə, sığorta ödənişi bu ilin martın 10-da Ələt-Astara-İran sərhədi avtomobil yolunun 70-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfatı ilə əlaqədar adı açıqlanmayan şəxsə verilib.

Qeyd edək ki, ödəniş noyabrın 18-də poçt vasitəsi ilə köçürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi