Yuxarı

İcbari Sığorta Bürosu daha 20 min manat kompensasiya ödəyib

Ödəniş Gəncə-Şəmkir yolunda qəzada ailə üzvlərini itirmiş şəxslərə verilib

Bakı. 19 dekabr. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) tərəfindən Azərbaycan vətəndaşlarına ümümilikdə 20 min manat məbləğində kompensasiya ödənişi verilib.

“Report”un İSB-yə istinadən verdiyi xəbərə görə, ödəniş 2014-cü il aprelin 5-də Şəmkir-Gəncə şossesində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvlərinin vəfat etməsi ilə əlaqədar olub. Hər bir vətəndaşa ödəniş 5 min manat təşkil edib.

Ödəniş dekabrın 19-da poçt vasitəsilə köçürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi