İbrahim Alışov: “Forma-4” arayışının elektron qaydada təqdim edilməsi ilə sığorta ödənişləri operativ olacaq"

İbrahim Alışov: “Forma-4” arayışının elektron qaydada təqdim edilməsi ilə sığorta ödənişləri operativ olacaq" “Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Azərbaycanın sığorta bazarında satılan əsas məhsullardan biridir”.
Maliyyə
28 İyun , 2019 10:30
İbrahim Alışov: “Forma-4” arayışının elektron qaydada təqdim edilməsi ilə sığorta ödənişləri operativ olacaq
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov / Report/ Elchin Murad

“Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Azərbaycanın sığorta bazarında satılan əsas məhsullardan biridir”.

"Report" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı IX Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2019) bildirib.

Onun sözlərinə görə, son 1 ildə bu sığorta növü isə yığımlar 50%-dən çox artıb.

“2018-ci ilin aprel ayından İcbari Sığorta Bürosunun işi tam avtomatlaşdırılıb. Bu gün Büro sığorta hadisələrinin idarə edilməsi sisteminin (HİS) təqdimatını keçirəcək. Düşünürük ki, yeni sistemin tətbiqindən sonra icbari avtosığorta sahəsində mənfi hallar aradan qalxacaq, bu sahədə kifayət qədər dəyişiklik olacaq. Bizi narahat edən məsələ sığorta hadisəsinin qeydə alınması ilə bağlı Dövlət Yol Polisinin "Forma 4" adlı arayışının vaxtında verilməməsi idi. HİS sayəsində bu arayış elektron qaydada təqdim ediləcək. Son nəticədə şəffaflıq təmin olunacaq, vətəndaş-məmur ünsiyyəti aradan qalxacaq, sığorta ödənişləri operativ olacaq”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi