İbrahim Alışov: "Azərbaycanda kredit faizləri yüksək deyil"

İbrahim Alışov: "Azərbaycanda kredit faizləri yüksək deyil" “Bu gün Azərbaycan banklarının təklif etdiyi kreditlərin faizləri qonşu ölkələrlə müqayisədə yüksək deyil”.
Maliyyə
14 Noyabr , 2019 13:59
İbrahim Alışov: Azərbaycanda kredit faizləri yüksək deyil

“Bu gün Azərbaycan banklarının təklif etdiyi kreditlərin faizləri qonşu ölkələrlə müqayisədə yüksək deyil”.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov deyib.

Onun sözlərinə görə, hazırda yerli banklar istehlak kreditlərini orta hesabla illik 23%-lə, biznes kreditlərini isə illik 8%-lə təklif edir. 

"Bununla belə, apardığımız təhlillər göstərir ki, bu gün bankların 8,2 milyard manat likvid vəsaiti var", - Palata rəhbəri əlavə edib. 

İ.Alışov İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinə də diqqət çəkib: “Fond ötən il real sektora 17 milyon manat, bu ilin 9 ayında isə 40 milyon manat məbləğində dəstək verib”.

Son xəbərlər

Orphus sistemi