İbrahim Alışov: "6 min nəfər “Azərpoçt”dan plastik kartını götürməyib"

İbrahim Alışov: "6 min nəfər “Azərpoçt”dan plastik kartını götürməyib" Prezident İlham Əliyevin Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanının icrası yekun mərhələdədir. Kompensasiya ödənişlərinin 90%-dən çoxu icra olunub.
Maliyyə
27 May , 2019 12:53
İbrahim Alışov: 6 min nəfər “Azərpoçt”dan plastik kartını götürməyib
Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov / Report/Elchin Murad

"Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrası yekun mərhələdədir. Kompensasiya ödənişlərinin 90%-dən çoxu icra olunub". 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib. 

Bununla belə, onun sözlərinə görə, xeyli sayda insan ona çatacaq kompensasiyanı almaq üçün plastik kartını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-dən götürməyə tələsmir. 

"Azərpoçt"a müraciət etməli olan təxminən 19 min fiziki şəxsin alacağı kompensasiyanın məbləği 500 manatdan azdır. Onlardan bir qrupunun alacağı kompensasiyanın məbləği isə 20-50 manatdan azdır. Həm bu səbəbdən, həm də ölkədə olmadığına görə 6 min nəfər hələ ki, plastik kartını götürməyib. Bununla əlaqədar “Azərpoçt” onlara müraciət edib", - deyə İ.Alışov bildirib.

Xatırladaq ki, sözügedən fərmana əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya hesabına artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Fərman təxminən 900 min insanı əhatə edir. 

Son xəbərlər

Orphus sistemi