HSBC 20 min işçisini ixtisar edəcək

HSBC 20 min işçisini ixtisar edəcək ​HSBC minlərlə işçini çıxarmağa hazırlaşır
Maliyyə
3 İyun , 2015 10:09
HSBC 20 min işçisini ixtisar edəcək

Bakı. 3 iyun. REPORT.AZ/ Britaniyanın "Sky News" xəbər kanalı HSBC bankının dünya üzrə minlərlə işçisini ixtisar edəcəyini bildirib. Bunu HSBC-nin icraçı direktoru Stüart Quliver bankın yaxın günlərdə baş tutacaq yığıncağında açıqlayacağı gözlənilir.

"Report"un "Sky News"a istinadən verdiyi xəbərə görə, təxminən 10-20 min nəfər işdən çıxarıla bilər. Mənbə neçə nəfərin işdən çıxarılmasının hələ dəqiqləşmədiyini və S.Quliverin iyunun 9-da keçiriləcək yığıncaqda bu barədə daha konkret məlumat açıqlayacağını qeyd edir.

S.Quliverin yığıncaqda hazırda Braziliyadakı əməliyyatlarını satmağa çalışan HSBC-nin Türkiyədəki əməliyyatlarını da satmağa çalışacağını açıqlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi