​Hökumət: Yaxın illərdə Azərbaycanda 4-5% iqtisadi artım gözlənilir

​Hökumət: Yaxın illərdə Azərbaycanda 4-5% iqtisadi artım gözlənilir Gələn il ölkədə iqtisadi artım 4,4%, növbəti üç ildə isə orta illik 5% səviyyəsində proqnozlaşdırılır
Maliyyə
18 Noyabr , 2014 14:35
​Hökumət: Yaxın illərdə Azərbaycanda 4-5% iqtisadi artım gözlənilir
Bakı. 18 noyabr. REPORT.AZ/ Son illər Azərbaycanda yaradılan güclü iqtisadi potensiala əsaslanaraq, ölkədə 2015-ci ildə iqtisadi artım 4,4%, növbəti üç ildə isə orta illik 5% səviyyəsində proqnozlaşdırılır. “Report” xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova gələn ilin büdcə zərfinin müzakirəsinə olunan parlamentin bugünkü plenar iclasında çıxışı zaman deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun gələn il 8,2%, növbəti üç ildə isə orta hesabla 7% artacağı gözlənilir. Neft sektorunda 2015-ci ildə hasilat 40,6 mln. ton, növbəti illərdə isə sabit olaraq 40 mln. ton proqnozlaşdırılır. Qeyri-neft sektorunun ÜDM-də payı 2015-ci ildəki 66%-dən 2018-ci ildə 71,3%-ə çatacaq.

Tikinti materiallarının istehsalında 2015-2018-ci illərdə orta hesabla 7,1%, turizm sektoru isə orta hesabla 23,5% artım proqnozlaşdırılır.

Gələn il xidmətlər sektorunda artım 8,1%, növbəti üç ildə isə orta hesabla 8% təşkil edəcək.

Ticarət sahəsində 2015-ci ildə 12,5%, növbəti üç ildə isə 10,6% orta illik artım proqnozlaşdırılır.

Nazir müavini həmçinin qeyd edib ki, 2015-ci ildə informasiya və rabitə sektorunda 12,1%, növbəti üç ildə orta illik 12% artım gözlənilir: "Yaradılmış münbit investisiya mühiti nəzərə alınaraq 2015-2018-ci illər ərzində bütün maliyyə mənbələrindən əsas kapitala yönəldiləcək vəsaitin 79,4 mlrd. manat olacağı proqnozlaşdırılır".

S.Həsənova əlavə edib ki, 2015-ci ildə investisiya qoyuluşlarının 5% artaraq 19,8 mlrd. manat, növbəti 3 ildə isə 59,6 mlrd. manat olacağı proqnozlaşdırılır. Xarici investisiyaların gələn il 5,4 mlrd. manat olmaqla növbəti 3 ildə 15,5 mlrd. manat təşkil edəcəyi gözlənilir. Gələn il neft sektoruna 5,8 mlrd. manat, qeyri-neft sektoruna isə 14 mlrd. manat investisiya yatırılacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi