Nazir müavini: "Banklar inteqrasiya olandan sonra hesablara borca görə sərəncam qoyulması məsələsi düzələcək"

Nazir müavini: "Banklar inteqrasiya olandan sonra hesablara borca görə sərəncam qoyulması məsələsi düzələcək" Əgər sahibkar olaraq mənim vergiyə borcum varsa və mənim 5 bankda hesabım varsa, bütün hesablarıma sərəncam qoyulur və bir müddət sonra vəsait bir hesabdan çıxılır və hesablar açılır. Bu kiçik və orta sahibkarlıq üçün böyük bir zərbədir.
Maliyyə
14 İyun , 2019 16:49
Nazir müavini: Banklar inteqrasiya olandan sonra hesablara borca görə sərəncam qoyulması məsələsi düzələcək

"Əgər sahibkar olaraq mənim vergiyə borcum varsa və mənim 5 bankda hesabım varsa, bütün hesablarıma sərəncam qoyulur və bir müddət sonra vəsait bir hesabdan çıxılır və hesablar açılır. Bu kiçik və orta sahibkarlıq üçün böyük bir zərbədir".

"Report" xəbər verir ki, bunu "Caspian European Club"un icraçı direktoru Telman Əliyev deyib.

T.Əliyevin şikayətinə Vergilər nazirinin müavini İlkin Vəliyev cavab verib. Nazir müavini sahibkarın şikayəti ilə razılaşıb: "Bütün hesablara sərəncam qoyulması düzgün məsələdir. Düz edib bu məsələni qaldırırsınız. Bu gün o problem olaraq qalmaqdadır. Biz bu problemin həllini düşünürük. Bu məsələ ilə bağlı qısa arayış vermək istəyirəm. Yadınıza gəlirsə, bir neçə il qabaq hesablardan vəsaitin silinməsi prosesi gedirdi. İndi isə hesablar dondurulur. Vergi nəzarət tədbirlərinin aparılması halında hesablar dondurulur və vergi ödəyicisi özü bəyan elədiyi halda, borc  silinir. Bu gün vergi orqanlarının bütün sərəncamları elektron qaydada gedir və bilmirik ki, hansı vergi ödəyicisinin hesabında nə qədər vəsait var. Ona görə də mütləq qaydada bütün hesablara sərəncam gedir. Amma bu gün bankların inteqrasiya edilməsi ilə bağlı müzakirələr gedir. Biz hesab üzrə qalığı bildiyimiz halda, bir hesaba sərəncam qoymaq həm inzibatçılıq, həm də xərc baxımından rahatdır. Bu həm sahibkarlığın haqlı narazılığına səbəb olmaz. Banklar inteqrasiya olandan sonra biz də o məsələni düzəldəcəyik".

Son xəbərlər

Orphus sistemi