Azərbaycan ​Hesablama Palatasının sədri ukraynalı həmkarı ilə görüşüb

Azərbaycan ​Hesablama Palatasının sədri ukraynalı həmkarı ilə görüşüb Görüşdə iki ölkənin ali audut qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Maliyyə
6 Aprel , 2016 18:57
Azərbaycan ​Hesablama Palatasının sədri ukraynalı həmkarı ilə görüşüb

Bakı. 6 aprel. REPORT.AZ/ Ukrayna Hesablama Palatasının sədri Roman Maquta EUROSAI-ın Fəlakətlərə və qəzalara ayrılan vəsaitlərin auditi üzrə İşçi Qrupunun aprelin 6-7-də Azərbaycan Hesablama Palatasının ev sahibliyi və Ukrayna Hesablama Palatasının sədrliyi ilə keçirilən II toplantısında iştirak etmək üçün Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı Vüqar Gülməmmədovla görüşüb.

“Report” Hesablama Palatasına istinadən xəbər verir ki, görüş Azərbaycan Hesablama Palatasında baş tutub.

Görüşdə hər iki ölkənin kənar dövlət maliyyə nəzarəti orqanı olaraq qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə əməkdaşlığının perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi