Yuxarı
    Bağlamaq

    Hesablama Palatasının sədri SECO təşkilatının təmsilçiləri ilə görüşüb

    Görüşdə Azərbaycanda daxili və kənar dövlət nəzarətinin sərhədlərinin dəqiqləşdirilməsi müzakirə olunub

    Bakı. 13 may. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dünya Bankının tapşırıq qrupu və İsveçrə İqtisadi Əməkdaşlıq Ofisi (SECO) təşkilatının təmsilçiləri ilə görüşüb.

    "Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, görüş İsveçrə Konfederasiyası Hökumətinin qrantı hesabına maliyyələşdirilən və Dünya Bankının idarəçiliyi ilə həyata keçirilən “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” Layihəsi (CAPSAP) çərçivəsində yekun missiya xarakteri daşımaqla layihənin nəticələrinə həsr olunub.

    Dünya Bankının tapşırıq qrupunun rəhbərləri və maliyyə idarəetməsi üzrə mütəxəssisləri, həmçinin SECO təşkilatının nümayəndəsi ilə CAPSAP layihəsinin Palatanın fəaliyyətinin təkmilləşdirilməsində rolu ilə yanaşı, gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.

    Palata sədri CAPSAP layihəsinin əsas nəticələri, xüsusilə Hesablama Palatası haqqında bu layihə çərçivəsində hazırlanmış yeni qanun layihəsinin əhəmiyyətini vurğulamaqla gələcəkdə Ali Audit Qurumu olaraq Hesablama Palatasının inkişaf prioritetləri barədə məlumat verib.

    Eyni zamanda, dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi, bu sisteminin tərkib elementləri olan daxili və kənar dövlət nəzarətinin sərhədlərinin dəqiqləşdirilməsi, yaxın gələcəkdə tətbiqi nəzərdə tutulan yeni layihənin əsas istiqamətləri, həmçinin birgə əməkdaşlıqdan gözlənilən nəticələrin Palatanın növbəti inkişaf mərhələsində rolu da müzakirə olunub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi