Hesablama Palatasının kollegiya iclası keçirilib

Hesablama Palatasının kollegiya iclası keçirilib İclasda bir sıra məsələlər müzakirə edilib
Maliyyə
26 Dekabr , 2016 22:24
Hesablama Palatasının kollegiya iclası keçirilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərcləri icrasına, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Oğuz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Goranboy Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin tərkibində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun daxilolmalarının hesablanması, ödənilməsi və istifadəsinə dair təhlilin nəticələrinə dair müzakirələr aparılıb.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi