Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Maliyyə
18 Yanvar , 2019 17:28
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. 

"Report" bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, iclasda dövlət büdcəsindən Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, eləcə də Şəmkir Rayon Mərkəzi Xəstəxanasına ayrılmış büdcə vəsaitlərinin icrasına dair nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi