Yuxarı

​Hesablama Palatasının əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Seminar “Maraq sahəsi: Parlament, iqtisadi və büdcə idarəciliyi” mövzusuna həsr olunub

Bakı. 21 may. REPORT.AZ/ Mayın 19-20-də Azərbaycan Milli Məclisi Parlament Tədqiqatları və Sənədləşmə üzrə Avropa Mərkəzinin (ECPRD) seminarına ev sahibliyi edib. “Report” xəbər verir ki, seminar “Maraq sahəsi: Parlament, iqtisadi və büdcə idarəciliyi” mövzusuna həsr olunub və seminarda Avropa Parlamentinin təmsilçiləri ilə yanaşı, Azərbaycan və 25 xarici ölkənin 30-dan çox nümayəndəsi iştirak ediblər.

Azərbaycan Hesablama Palatasının əməkdaşları “Dövlət borcunun mahiyyəti və formalaşmasının mərhələləri” və “Azərbaycan Respublikasında dövlət maliyyəsinə parlament nəzarətinin təşkili: Hesablama Palatasının rolu” mövzularında çıxışlar edib və iştirakçıların suallarını cavablandırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi