Hesablama Palatasının əməkdaşı Əsas Milli Göstəricilər üzrə İşçi Qrupunun toplantısında iştirak edib

Hesablama Palatasının əməkdaşı Əsas Milli Göstəricilər üzrə İşçi Qrupunun toplantısında iştirak edib Bakı. 5 aprel. REPORT.AZ/ Hesablama Palatasının İcmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) təşkilatçılığı ilə Romada Əsas Milli Göstəricilər üzrə İşçi Qrupun 11-ci toplantısında iştirak edib.
Maliyyə
5 Aprel , 2018 12:35
Hesablama Palatasının əməkdaşı Əsas Milli Göstəricilər üzrə İşçi Qrupunun toplantısında iştirak edib
Report

Bakı. 5 aprel. REPORT.AZ/ Hesablama Palatasının İcmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) təşkilatçılığı ilə Romada Əsas Milli Göstəricilər üzrə İşçi Qrupun 11-ci toplantısında iştirak edib.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, iclasda həmçinin Italiya, ABŞ, Çin, İndoneziya, Braziliya, Səudiyyə Ərəbistanı, Slovakiya, Avstriya, Finlandiya, Bolqarıstan, Qazaxıstan, Rusiya və Belarusun Ali Audit Qurumlarının əməkdaşları, həmçinin, INTOSAI Peşəkar müraciətlər forumu, INTOSAI İnkişaf Təşəbbüsü (IDI), Almaniya Texniki Əməkdaşlıq Təşkilatı (GIZ) ekspertləri, İtaliya Büdcə ofisinin rəhbəri və Roma Universitetinin akademik heyəti təmsil olunub.

11-ci iclasda Əsas Milli Göstəricilər üzrə Ekspert qrupunun 2017-ci ilin aprel ayından 2018-cı ilin mart ayına qədər fəaliyyəti haqqında hesabatı, INTOSAI-ın işçi qrupunun eyni dövrü əhatə edən fəaliyyəti haqqında hesabat, Rusiya Federasiyası Hesablama Palatası tərəfindən hazırlanan Əsas Milli Göstəricilərin və Makroiqtisadi göstəricilərin auditi qaydaları, həmçinin üzv dövlətlərdən ABŞ, İtaliya, Avstriya, İndoneziya və Səudiyyə Ərəbsitanı AAQ-larının Dayanıqlı İnkişaf Məqsədlərinin fəaliyyət auditi ilə bağlılığını mövzusunda təqdimatları dinlənilib.

Eyni zamanda, INTOSAI İnkişaf Təşəbbüsü (IDI) üzrə eksperti Dayanıqlı İnkişaf Məqsədləri üzrə hesabatlılıq sisteminin qurulmasının zəruriliyi, Almaniya Texniki Əməkdaşlıq (GIZ) təşkilatı tərəfindən edilən təqdimatda AFROSAI ölkələrinin təcrübəsində Dövlət Maliyyəsinin İdarə edilməsi sistemi və bu çərçivədə Əsas Milli Göstəricilərin rolunun əhəmiyyətliliyi və INTOSAI-ın Peşəkar müraciətlər forumunun eksperti tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri üzrə təşəbbüsün önəmli olması vurğulanıb.

İclasın yekunu olaraq Əsas Milli Göstəricilər və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda işin davam etdirilməsinin, həmçinin bu işin metodoloji bazasının təkmilləşdirilməsinin zəruriliyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi