Hesablama Palatasının büdcə maliyyələşməsi 0,8% artırılır

Hesablama Palatasının büdcə maliyyələşməsi 0,8% artırılır Sədr: "Artıq vəsait dövlət qulluqçularının müavinət xərcləri ilə bağlıdır"
Maliyyə
8 Dekabr , 2016 14:16
Hesablama Palatasının büdcə maliyyələşməsi  0,8% artırılır

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin layihəsində Hesablama Palatası üçün 3,812 mln. həcmində vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 0,8% çoxdur.

"Report"un verdiyi xəbərə görə, bunu Hesablama Paltasının sədri Vüqar Gülməmmədov parlamentin bugünkü plenar iclasında Palatanın xərclər smetasını təqdim edərkən deyib: "Artıq vəsait dövlət qulluqçularının müavinət xərcləri ilə bağlıdır. Tarif Şurasının qərarı ilə bağlı xərc isə palatanın digər xərcləri hesabına kompensasiya ediləcək".

Paltanın sədri bildirib ki, quruma sərf olunan vəsaitin 83%-dən artığını əmək haqqı xərcləri təşkil edir.

Qeyd edək ki, plenar iclasda büdcə zərfinin müzakirəsi yekunlaşıb və bu məsələ ilə bağlı hökumətə təkliflərin hazırlanması üçün dekabrın 16-dək vaxt verilib. Növbəti iclas dekabrın 16-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi