Yuxarı

Hesablama Palatasında kollegiya iclası keçirilib

Hesablama Palatasında kollegiya iclası keçirilib

Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. 

Palatadan “Report”a verilən məlumata görə, kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub: 

- “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə ayrılan büdcə vəsaitlərinin icrasına və dövlət əmlakından istifadəyə dair;

- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası üzrə maliyyə və uyğunluq auditinə dair.

Kollegiya iclasında nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi, Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi