Hesablama Palatası vergi qanunvericiliyi ilə bağlı yeniliklərin mərhələli şəkildə tətbiqini təklif edir

Hesablama Palatası vergi qanunvericiliyi ilə bağlı yeniliklərin mərhələli şəkildə tətbiqini təklif edir Bakı. 30 oktyabr. REPORT.AZ/ “Vergi qanunvericiliyi üzrə nəzərdə tutulan yeniliklər 2019-cu ilin yanvar ayından deyil, mərhələli şəkildə tətbiq edilməlidir”.
Maliyyə
30 Oktyabr , 2018 16:27
Hesablama Palatası vergi qanunvericiliyi ilə bağlı yeniliklərin mərhələli şəkildə tətbiqini təklif edir
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Vergi qanunvericiliyi üzrə nəzərdə tutulan yeniliklər 2019-cu ilin yanvar ayından deyil, mərhələli şəkildə tətbiq edilməlidir”.

“Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb.

Rəydə qeyd olunub ki, növbəti ilin dövlət büdcəsinin layihəsi çərçivəsində Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliklərə dair qanun layihəsinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə (cari ilin may ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə) ictimailəşdirilməməsini və vergi ödəyiciləri üzrə vergilərin könüllü bəyan edilməsinin (eləcə də könüllü ödənilməsinin) mövcud səviyyəsinin qeyri qənaətbəxş olmasını nəzərə alaraq intizamsızlıq risklərinin daha da yüksəlməsinin qarşısının qabaqcadan alınması məqsədilə büdcə-vergi siyasəti çərçivəsində vergi qanunvericiliyi üzrə nəzərdə tutulan yeniliklərin 2019-cu ilin yanvar ayından deyil mərhələli şəkildə tətbiq edilməsini (qüvvəyə minməsini) məqsədəmüvafiq hesab edilir. 

Son xəbərlər

Orphus sistemi