Yuxarı

Hesablama Palatası ötən il cəza tədbirləri gördürdüyü vəzifəli şəxslərin sayını açıqlayıb

Hesablama Palatasının cəza tədbirləri gördürdüyü vəzifəli şəxslər

2018-ci ildə nöqsanlara yol vermiş 207 vəzifəli şəxsə qarşı müxtəlif intizam tənbeh tədbirləri tətbiq olunub.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatında bildirilir.

Hesabatda bildirilir ki, təqdim edilmiş məlumatlar əsasında 21 nəfər işdən çıxarılıb, 80 nəfərə xəbərdarlıq və 11 nəfərə ciddi xəbərdarlıq edilib, 6 nəfərə şiddətli töhmət və 74 nəfərə töhmət verilib.

Bundan başqa, 13 nəfər vəzifəli şəxsin maaşının 10% azaldılması ilə bağlı qərar qəbul edilmiş və 2 nəfər aşağı vəzifələrə keçirilib.

Nəzarət tədbirləri ilə müəyyən edilmiş nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması hər bir tədbir üzrə qəbul olunmuş kollegiya qərarlarında öz əksini tapıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi