Yuxarı

​Hesablama Palatası ilə İqtisadiyyat Nazirliyi anlaşma memorandumu imzalayıb

Memorandum hər iki qurumun məlumat bazasının genişləndirilməsi, alternativ informasiya mənbəyinin yaradılması məqsədilə imzalanıb

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası və İqtisadiyyat Nazirliyi arasında Razılaşma Memorandumu imzalanıb. Bu barədə "Report"a Palatanın mətbuat xidmətindən məlumat verilib.

Memorandum dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərclərinin icrasına dövlət və ictimai nəzarətin gücləndirilməsi, dövlət vəsaitlərinin qənaətli, səmərəli və nəticəli istifadəsinin təmin edilməsinə töhfə verilməsi, məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması və alternativ informasiya mənbəyinin yaradılması məqsədilə imzalanıb.

Hesablama Palatasının 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planı çərçivəsində imzalanmış bu memorandum qanunvericiliklə Palata ilə Nazirliyə həvalə edilmiş funksiyaların yerinə yetirilməsi zamanı fəaliyyətin koordinasiyasını təşkil etməklə vəzifələrin səmərəli şəkildə icrası istiqamətində əməkdaşlığı təmin edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi