"Hesablama Palatası haqqında" qanuna dəyişiklik edilir

"Hesablama Palatası haqqında" qanuna dəyişiklik edilir Bununla bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə olunub
Maliyyə
15 Sentyabr , 2017 12:18
Hesablama Palatası haqqında qanuna dəyişiklik edilir

Bakı. 15 sentyabr. REPORT.AZ/ Millİ Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında "Hesablama Palatası haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

"Report"un verdiyi xəbərə görə, dəyişiklikə əsasən, qanundakı "cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmaz müvafiq materiallar" sözləri "inzibati xəta və cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmaz materiallar müvafiq icra hakimiyyəti orqanına" sözləri ilə əvəz olunur.

Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyyə olunub.

Son xəbərlər

Orphus sistemi