Hesablama Palatası dövlət büdcəsindən bir sıra qurumlara ayrılan vəsaitlərin icra vəziyyətini yoxlayıb

Hesablama Palatası dövlət büdcəsindən bir sıra qurumlara ayrılan vəsaitlərin icra vəziyyətini yoxlayıb Bakı. 13 aprel. REPORT.AZ/ Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. İclasda həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə və Palatanın fəaliyyəti üzrə illik hesabatlar müzakirə olunub.
Maliyyə
13 Aprel , 2018 16:11
Hesablama Palatası dövlət büdcəsindən bir sıra qurumlara ayrılan vəsaitlərin icra vəziyyətini yoxlayıb

Bakı. 13 aprel. REPORT.AZ/ Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. İclasda həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə və Palatanın fəaliyyəti üzrə illik hesabatlar müzakirə olunub.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

İclasda Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sığortası üzrə gəlir və xərclərin icrasına, dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Milli Arxiv İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə dair hesabatlar dinlənilib.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi və Palatanın fəaliyyəti üzrə illik Hesabat müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların və “Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında Hesabat”ın Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi