Hesablama Palatası beynəlxalq videokonfransda iştirak edib

Hesablama Palatası beynəlxalq videokonfransda iştirak edib Bakı. 15 dekabr. REPORT.AZ/ Dekarın 14-də MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanları üçün Standartların hazırlanması üzrə İşçi Qrupun XIII toplantısı videokonfrans formatında keçirilib.
Maliyyə
15 Dekabr , 2018 10:06
Hesablama Palatası beynəlxalq videokonfransda iştirak edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Dekarın 14-də MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanları üçün Standartların hazırlanması üzrə İşçi Qrupun XIII toplantısı videokonfrans formatında keçirilib.

“Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, videokonfransda üzv dövlətlərdən Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Moldova və s. respublikaların Ali Audit Qurumlarının əməkdaşları iştirak ediblər.

Tərəflər aşağıdakı məsələlər üzrə müzakirələr aparıblar:

- Birgə və paralel nəzarət və ekspert-analitik tədbirlərin (auditlərin) keçirilməsinin keyfiyyətinə nəzarətin aparılmasına dair metodiki tövsiyyələrin layihəsinin təqdimatı;

- “MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Məlumat mübadiləsi istiqamətində əməkdaşlığı” Standartının yenilənmiş versiyasının təqdimatı;

- İnvestisiyaların auditi üzrə metodoloji sənədlərin işlənib hazırlanması məsələsinin müzakirəsi;

Hesablama Palatasını videokonfransda qurumun sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsinin müdiri Ramiz Qənizadə təmsil edib.

Vodeokonfransın sonunda qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qeyd edilən istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi