Hesablama Palatası “BakuBus”da nöqsanlar aşkarlayıb

Hesablama Palatası “BakuBus”da nöqsanlar aşkarlayıb Bakı. 10 may. REPORT.AZ/ Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində “BakuBus” MMC-də ötən il ərzində 11 nöqsan halı aşkar edilib.
Maliyyə
10 May , 2018 15:43
Hesablama Palatası “BakuBus”da nöqsanlar aşkarlayıb
Hesablama Palatası / Report
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində “BakuBus” MMC-də ötən il ərzində 11 nöqsan halı aşkar edilib.

“Report” bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Hesabata əsasən, nöqsanların dördü mühasibat uçotu və hesabatlılıq, dördü vergi və gömrük qanunvericiliyinin pozulması, ikisi dövlət satınalmaları və biri isə büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub.

“Azərbaycan Hava Yolları” QSC-də isə bu müddətdə 18 nöqsan halı aşkar edilib. Bunun da dördünü dövlət satınalmaları, dördünü vergi-gömrük qanunvericiliyinin pozulması, üçünü mühasibat uçotu və hesabatlılıq, üçünü dövlət əmlakının istifadəsi ilə bağlı nöqsanlar, ikisini dövlət büdcəsi, birini bank-kredit, valyuta əməliyyatları, dövlət borcu və s. istiqamətlərində nöqsanlar, birini də əsaslı qoyuluşular üzrə nöqsanlar əhatə edib. 

Son xəbərlər

Orphus sistemi