Hesablama Palatası Azərbaycanın Gürcüstandakı səfirliyinə ayrılan vəsaitin icrasını yoxlayıb

Hesablama Palatası Azərbaycanın Gürcüstandakı səfirliyinə ayrılan vəsaitin icrasını yoxlayıb Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib
Maliyyə
11 May , 2017 14:48
Hesablama Palatası Azərbaycanın Gürcüstandakı səfirliyinə ayrılan vəsaitin icrasını yoxlayıb
Report

Bakı. 11 may. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda 2017-ci ilin İş Planı üzrə həyata keçirilmiş nəzarət tədbirlərinə dair hesabatlar müzakirə olunub.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair, Azərbaycanın Gürcüstandakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair nəzarət tədbirlərinə dair hesabatlar dinlənilib.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda Palatanın 2017-ci il üçün İş Planında nəzərdə tutulmuş bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi