Hesablama Palatası ARDNF-in 2019-cu il üçün büdcə layihəsinə rəy verib

Hesablama Palatası ARDNF-in 2019-cu il üçün büdcə layihəsinə rəy verib Bakı. 18 dekabr. REPORT.AZ/ Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
Maliyyə
18 Dekabr , 2018 17:59
Hesablama Palatası ARDNF-in 2019-cu il üçün büdcə layihəsinə rəy verib

Bakı. 18 dekabr. REPORT.AZ/ Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

“Report”un verdiyi xəbərə görə, iclasda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2019-cu il üçün büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə edilərək təsdiq olunub.

Rəydə qeyd edilib ki, ARDNF-in 2019-cu il büdcəsi haqqında ölkə Prezidentinin dərmanının layihəsi qanunvericilik və Fondun qarşısında qoyulmuş məqsəd və vəzifələri təmin etmək üçün və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın tələblərinə uyğun hazırlanıb, Azərbaycanda vahid makroiqtisadi siyasətin yürüdülməsi və dövlət idarəetmə sektorunun gəlirlərinin ümumiləşdirilməsi prinsipinə müvafiqdir.

ARDNF-in 2019-cu il üçün büdcə layihəsi, habelə Fondun vəsaitinin 2019-cu ildə istifadəsinin əsas istiqamətləri (proqramı) və Fondun 2019-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihələri məqbul hesab edilib, onların təsdiq edilməsi barədə müvafiq Fərman layihəsinin Fondun Müşahidə Şurasına təqdim edilməsi üçün quruma göndərilməsi tövsiyə olunub.

Kollegiyada Bakı Slavyan Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”nun daxilolmalarının və xərclərinin icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar da müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi