Hesabat: Rusiya iqtisadiyyatı staqnasiya mərhələsinə daxil olur

Hesabat: Rusiya iqtisadiyyatı staqnasiya mərhələsinə daxil olur Rusiya əhalisinin real gəlirləri 3 ildir azalır
Maliyyə
2 Noyabr , 2017 19:41
Hesabat: Rusiya iqtisadiyyatı staqnasiya mərhələsinə daxil olur

Bakı. 2 noyabr. REPORT.AZ/ Son ayların statistikasına əsasən, Rusiya iqtisadiyyatı IV rübdə staqnasiyada olacaq. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu proqnoz Ali İqtisadiyyat Məktəbinin İnkişaf Mərkəzi İnstitutunun "Dövlət və biznesin təhlili" adlı icmalında yer alıb.

"III rübdə sənayedə bərpa prosesi başa çatıb. Ötən ilin son rübündə yüksək inkişaf tempini nəzərə alsaq, bu ilin analoji dövründə staqnasiya olacağı gözlənilir. İqtisadi artımın yüksək templə davam etməsi üçün struktur dəyişiklikləri zəruridir", - deyə icmalda qeyd olunub.

Ali İqtisadiyyat Məktəbinin ekspertləri hesab edirlər ki, sentyabr ayında sənayenin artım tempi 0,9% geriləyib. Bu göstərici avqustda 1,5% olub. Ümumiyyətlə, III rübdə sənaye artımı 1,4%, II rübdə isə 3,8% təşkil edib.

İcmalda Rusiya sənayesinin orta dünya göstəricisindən zəif olacağı proqnozlaşdırılır. Sənaye artımının sürətlənməsinə daxili tələbatın dəstək verəcəyi gözlənilmir. Belə ki, əhalinin real gəlirləri son 3 ildə azalmaqda davam edir.

Son xəbərlər

Orphus sistemi