Həkimlərin peşə məsuliyyətinin sığortası üzrə işçi qrupunun görüşü keçirilib

Həkimlərin peşə məsuliyyətinin sığortası üzrə işçi qrupunun görüşü keçirilib Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Həkimlərin peşə məsuliyyətinin sığortası üzrə işçi qrupunun görüşü keçirilib.
Maliyyə
19 Aprel , 2018 18:07
Həkimlərin peşə məsuliyyətinin sığortası üzrə işçi qrupunun görüşü keçirilib

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Həkimlərin peşə məsuliyyətinin sığortası üzrə işçi qrupunun görüşü keçirilib.

ASA-dan “Report”a verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, “A-Qroup Sığorta” şirkətinin İdarə Heyətinin sədri Anar Bayramov və müavini, “Atəşgah Sığorta”, “AXA MBASK Sığorta”, “Paşa Sığorta” şirkətlərinin nümayəndələri və bu sahə üzrə məsul şəxslər iştirak ediblər.

Görüş zamanı Azərbaycanda həkimlərin peşə məsuliyyətinin könüllü qaydada sığortalandığı vurğulanaraq bunun icbari qaydada tətbiqinin həm həkimlər, həm də pasiyentlərə münasibətdə əhəmiyyətli olacağı bildirilib: “Burada məqsəd bir tərəfdən həkim səhvi zamanı pasiyentlərin maddi baxımdan kompensasiya edilməsi, digər tərəfdən isə həkimlərin reputasiya və mənəvi müdafiəsinin təmin edilməsindən ibarətdir.

Nəzərə alsaq ki, bu sığorta növü beynəlxalq təcrübədə geniş istifadə olunur və həkim səhvi günümüzün aktual problemlərdən biridir, bunların bu və ya digər formada tənzimlənməsi tələb olunur. Bu baxımdan, həkimlərin peşə məsuliyyətinin icbari sığortası mexanizmi hər bir şəxsin öz məsuliyyətini dərk etməsi baxımdan önəmlidir”.

Bunun ilkin olaraq özəl tibb müəssisələrinə tətbiq edilməsinin məqsədəmüvafiq olacağı təklif edilib. Eləcə də həkimlərin məsuliyyətinin icbari qaydada sığortalanması barədə “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna maddə əlavə edilməsi və bununla bağlı Qaydaların hazırlanması da müzakirə predmeti olub. Müzakirələrin yekunu olaraq beynəlxalq təcrübənin araşdırılması və müvafiq Azərbaycan modelinin hazırlanması qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdində Həkimlərin peşə məsuliyyətinin sığortalanması üzrə işçi qrupu formalaşdırılıb və bununla bağlı artıq iki görüş təşkil olunub.

Son xəbərlər

Orphus sistemi