Hedc fondları neftin qiyməti üzrə qısa mövqelərini artırırlar

Hedc fondları neftin qiyməti üzrə qısa mövqelərini artırırlar Bakı. 13 mart. REPORT.AZ/ Hedc fondlarının neft müqavilələrində uzun mövqeləri ötən həftə ilə müqayisədə azalsa da, hələ də nisbət 11,4:1 təşkil edir. 
Maliyyə
13 Mart , 2018 17:36
Hedc fondları neftin qiyməti üzrə qısa mövqelərini artırırlar

Bakı. 13 mart. REPORT.AZ/ Hedc fondlarının neft müqavilələrində uzun mövqeləri ötən həftə ilə müqayisədə azalsa da, hələ də nisbət 11,4:1 təşkil edir. 

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Xammal Fyuçers Ticarəti Komissiyasının (CFTC) hesabatında bildirilir. 

Bununla yanaşı, sənəddə qeyd olunub ki, 7 həftəlik fasilədən sonra ilk dəfə hedc fondları qısa mövqelərini də artırıblar.

"Sberbank İnvestment Research" araşdırma şirkətinin əmtəə-xammal əməliyyatları üzrə strategiya mütəxəssisi Mixail Şeybe bildirib ki, artım, xüsusilə neftin qiymətinə aiddir: "Hedc fondları neftin qiyməti üzrə qısa mövqelərini artırıblar. Buna səbəb nüfuzlu monitorinq təşkilatlarının ABŞ-da neft hasilatının həcminin yaxın gələcəkdə artmağa davam edəcəyi barədə xəbərlərdir".

Qeyd edək ki, ABŞ-da gündəlik hasilat göstəricisi 2016-cı ilin ortalarından etibarən 23% artaraq 10,37 mln. barelə çatıb və bununla da Səudiyyə Ərəbistanını üstələyib. İlin sonuna qədər ABŞ-ın Rusiyanı da geridə qoyacağı proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi