Yuxarı
    Bağlamaq

    Hazırda banklardakı girovların 70%-i daşınmaz əmlakdır

    Azərbaycanda olan KOS-ların mövcud aktivlərinin çox az hissəsi, təqribən 22%-i daşınmaz əmlakdan ibarətdir

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Hazırda Azərbaycanda 200 mindən çox kiçik və orta sahibkarlıq (KOS) subyekti fəaliyyət göstərir ki, onların 70%-i ticarət, xidmət və nəqliyyat sektorunun payına düşür. 

    "Report" xəbər verir ki, bunu “Daşınar əmlakın yüklülüyü islahatı” tədbirində çıxış edən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib. 

    Onun sözlərinə görə, indi Azərbaycandakı KOS-ların əksəriyyəti girov kimi daşınmaz əmlakdan istifadə edir: "Hazırda Azərbaycanda olan KOS-ların mövcud aktivlərinin çox az hissəsi, təqribən 22%-i daşınmaz əmlakdan ibarətdir. Kreditorlar isə girov qismində daşınmaz əmlak tələb edirlər. Bu gün banklar və digər maliyyə institutları tərəfindən qəbul edilmiş girovların 70%-dən çoxu daşınmaz əmlakdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi