Yuxarı
    Bağlamaq

    "Harvey" və "İrma" qasırğaları ABŞ-a 300 mlrd. dollar zərər vurub

    Lakin bildirilir ki, qasırğalar IV rübdə iqtisadi artımı sürətləndirəcək

    Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatına "Harvey", Florida ştatına isə "İrma" qasırğasının vurduğu zərərin 290 mlrd. dollar təşkil etdiyi ehtimal olunur.

    "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu ehtimalı "AccuWeather" beynəlxalq hava proqnozu şirkəti yayıb. Bu da ölkənin ÜDM-nin təxminən 1,6%-nə bərabərdir.

    "AccuWeather"in rəhbəri Coel N.Mayersin (Joel N. Myers) açıqlamasına görə, qasırğaların zərər vurduğu bölgələrdə işsizlik kəskin artacaq, benzin və yanacaq bahalaşacaq. Mayers "İrma" qasırğasının sentyabrın 14-dən etibarən təsir gücünü itirəcəyini qeyd edib.

    Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın "Goldman Sachs" bankı qasırğaların ABŞ-ın III rüb iqtisadi artım göstəricisinə mənfi təsir edəcəyini bildirib. Bank ABŞ-ın III rüb iqtisadi artım proqnozunu 2,8%-dən 2%-ə endirib. Bununla yanaşı, "Goldman Sachs" qasırğaların vurduğu zərərin bərpa edilməsi prosesinə başlanması ilə artacaq iqtisadi fəallığın IV rübdə ÜDM-ə 0,4 faiz bəndi səviyyəsində əlavə müsbət təsir edəcəyini proqnozlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi