Gürcüstanın Azərbaycana borcu dəyişməyib

Gürcüstanın Azərbaycana borcu dəyişməyib Bu ilin iyul ayında Gürcüstanın Azərbaycana borcu dəyişməyəcək avqustun 1-nə 7, 269 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
15 Avqust , 2019 16:39
Gürcüstanın Azərbaycana borcu dəyişməyib

Bu ilin iyul ayında Gürcüstanın Azərbaycana borcu dəyişməyəcək avqustun 1-nə 7, 269 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Ötən ayın sonuna Gürcüstanın ümumi xarici dövlət borcu 5 361,209 milyon dollar olub. Bu, əvvəlki ayın sonuna nisbətən 76,831 milyon dollar azdır. Xarici borcun 5 154, 896 milyon dolları hökumətin payına düşüb.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (312,859 milyon dollar), Fransa (234,33 milyon dollar) və Yaponiya (215,789 milyon dollar) yer alıb.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 13,98 milyon dollar, 56,478 milyon dollar və 7,903 milyon dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi