Yuxarı
    Bağlamaq

    Gürcüstanda uçot dərəcəsi azaldılıb

    Bu barədə qərarı Gürcüstan Mərkəzi Bankı qəbul edib

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Gürcüstan Mərkəzi Bankı (GMB) uçot dərəcəsinin 6,75%-dən 6,5%-ə endirilməsi barədə qərar qəbul edib. "Report" xəbər verir ki, bu barədə GMB-nin açıqlamasında bildirilir.

    Uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılması barədə qərar qurumun Pul-kredit siyasəti Komitəsinin iclasında qəbul edilib. Bu zaman ölkə üzrə makroiqtisadi proqnozlar, hədəf inflyasiya səviyyəsi əsas götürülüb. GMB-də hesab edirlər ki, ortamüddətli perspektivdə uçot dərəcəsinin 6%-ə salınması mümkündür.

    Uçot dərəcəsi ilə bağlı Pul-kredit siyasəti Komitəsinin növbəti iclası oktyabrın 26-da keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi