Yuxarı

Gürcüstan Dövlət Audit Ofisi və Azərbaycan Hesablama Palatası anlaşma memorandumu imzalayıb

​Gürcüstan və Azərbaycan auditlə bağlı anlaşma memorandumunu yeniləyib

Bakı. 23 fevral. REPORT.AZ/ 2019-cu il fevral ayının 22-də GIZ-in “Dayanıqlı inkişaf üzrə 2030 gündəliyi çərçivəsində qoyulmuş məqsədlərə nail olunmasının monitorinqi məqsədi ilə Şərq tərəfdaşlığı ölkələrinin Ali Audit Qurumlarının (AAQ) potensialının gücləndirilməsi” layihəsinin dəstəyi ilə Gürcüstan Dövlət Audit Ofisinin baş auditoru Erekle Mekvabişvilinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib.

“Report” Hesablama Palatasına istinadən xəbər verir ki, səfər zamanı GİZ-in Azərbaycan və Gürcüstan nümayəndəliyinin məsul şəxslərinin iştirakı ilə keçirilən toplantıda Gürcüstan Dövlət Audit Ofisinin Baş Auditoru Erekle Mekvabişvilinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanlı həmkarları ilə “Gürcüstan AAQ-nın Strateji İnkişaf Planı”, “Gürcüstan AAQ-ın büdcənin icrası ilə bağlı hesabatı”,“Gürcüstan AAQ-ın illik fəaliyyət hesabatı”, “Gürcüstan AAQ-da IT Auditi və Auditin İdarəedilməsi Proqramı”, “Gürcüstan AAQ-nın Səmərəlilik Auditi Metodologiyası və təcrübəsi”, eləcə də “Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyəti”, “Azərbaycan Respublikası HP-nın mandatı: Yeni qanun” mövzularında məruzələri və təqdimatları dinlənilmiş, tərəflər arasında müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Tədbirin sonunda 2003-cü ildə Gürcüstan Dövlət Audit Ofisi və Azərbaycan Hesablama Palatası arasında əməkdaşlıq çərçivəsində imzalanmış Anlaşma Memorandumunun yenilənərək imzalanması mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Hesablama Palatası 10-dan çox ölkənin Ali Audit Qurumu ilə əməkdaşlıq haqqında saziş və memorandum imzalayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi