Yuxarı

Gürcüstan Milli Bankı ABB-nin ləğvi prosesinin başa çatdığını elan edib

​Gürcüstan Milli Bankı ABB-nin ləğvi prosesini başa çatdırıb

103

Bakı. 4 yanvar. REPORT.AZ/ Gürcüstan Milli Bankı (GMB) Azərbaycan Beynəlxalq Bankının Gürcüstan filialının ("ABB-Gürcüstan") ləğv olunması prosesinin başa çatdığını elan edib və onun bank fəaliyyəti göstərməyən təşkilata çevrilməsinə razılıq verib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, GMB-nin vitse-prezidenti Arçil Mestvirişvilinin sərəncamı ilə bankın GMB-də açılmış və ləğv olunmuş hesabları bağlanmalı və reyestrdən çıxarılmalıdır.

Yanvarın 8-də sərəncam sahibkar və qeyri-sahibkar hüquqi şəxslərin reyestrinə təqdim olunacaq.

Qeyd edək ki, bank ləğv prosesinə müstəqil şəkildə başlayıb və portfelinin 100 000 lariyə (təxminən 65 min manat) azalmasından sonra GMB-yə müraciət edib. 

GMB likvidator təyin etməzdən əvvəl ABB satış portfeli üçün podratçı seçib, buna qədər isə səhmdarların əsas öhdəliklərini yerinə yetiriblər.

Xatırladaq ki, Azərbaycan bankı Gürcüstanı 11 illik fəaliyyətindən sonra tərk edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi