Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib Uçot dərəcəsi inflyasiyaya uyğun olaraq dəyişdirilməyb
Maliyyə
27 İyul , 2017 15:51
Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Bakı. 27 iyul. REPORT.AZ/ Gürcüstan Mərkəzi Bankının Monetar siyasət Komitəsi bu gün keçirdiyi iclasda uçot dərəcəsini dəyişdirməmək qərarı alıb. 

"Report" "Sputnik-Georgia.ru" saytına istinadən xəbər verir ki, bu barədə bankdan məlumat verilib.

Bank bu addımını inflyasiyanın iyun ayında 7,1% - yüksək həddə olması ilə izah edib. Yüksək inflyasiyaya səbəb tütün və yanacaq aksizlərinin artırılması ilə bağlı olub. 

Xatırladaq ki, son dəfə Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini may ayında 6,5%-dən 7%-ə qədər artırıb. Mərkəzi Bank açıqlamasında birdəfəlik amillərin keçici olduğunu, inflyasiyanın ilin II yarısından etibarən azalacağını proqnozlaşdırdığını bildirib.

Bankın növbəti iclasının sentyabr ayının 6-da keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi