“Günaybank” xidmət şəbəkəsini genişləndirir

“Günaybank” xidmət şəbəkəsini genişləndirir Bakı. 11 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının (DŞ) 10 aprel 2017-ci il tarixli qərarına əsasən “G...
Maliyyə
11 Aprel , 2017 11:58
“Günaybank” xidmət şəbəkəsini genişləndirir

Bakı. 11 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının (DŞ) 10 aprel 2017-ci il tarixli qərarına əsasən “Günay Bank” ASC-yə 5 saylı filialının və 5 saylı şöbəsinin açılması üçün icazə verilib.

Bu barədə “Report” Palataya istinadən xəbər verir.

Bankın yeni filialı Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 185 ünvanında, yeni şöbəsi isə Bakı şəhəri, Nəsimi rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 4 ünvanında yerləşəcək.

Xatırladaq ki, "Günaybank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64 910 093 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 47,83 manat olan 1 357 100 səhm əsasında formalaşıb. Səhmlərin 50,81%-i Mahmud Nadir oğlu Məmmədova (Bankın Müşahidə Şurasının sədri), 38,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay Mahmud qızı İldırımzadəyə, 2,31%-i Xanım Nadir qızı Məmmədovaya (Bankın Müşahidə Şurasının üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,31%-i Ceyran Əbil qızı Ələsgərovaya, 1,12%-i Samir Qədir oğlu Cəfərova, 1,1%-i Mahir Əli oğlu Xəlilova, yenə də 1,1%-i Əhəd Teyyub oğlu Şirinova (Bankın Müşahidə Şurasının üzvü), 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Son xəbərlər

Orphus sistemi