Məlumata görə, bankın sentyabrın 4-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən qeydə alınmış yeni səhm emissiyasından 9 160 ədəd səhm satılıb və bunun nəticəsində bankın nizamnamə kapitalı 3,1 dəfə artaraq 64,910 mln. manata çatdırılıb.
"Beləliklə Azərbaycan Mərkəzi Bankının 01.01.2015-ci il tarixinə bankların minimum məcmu kapitalına 50 mln. manat məbləğində olan tələbi tam qarşılanıb və hətta 15 mln. manat və ya 30% üstələnib", - bankdan bildirilib.