“Günaybank”ın depozit portfeli 18% kiçilib

“Günaybank”ın depozit portfeli 18% kiçilib Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə “Günaybank” ASC-nin aktivləri 0,5% azalaraq bu il yanvarın 1-nə 191 201 min manat təşkil edib.
Maliyyə
22 Yanvar , 2019 17:07
“Günaybank”ın depozit portfeli 18% kiçilib

Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə “Günaybank” ASC-nin aktivləri 0,5% azalaraq bu il yanvarın 1-nə 191 201 min manat təşkil edib.

“Report” bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə müştərilərə verilən kreditlər (kreditlər üzrə mümkün zərərlər çıxılmaqla) 7,8% artaraq 123 172 min manat olub. Bunun 17 428 min manatı xarici valyutada verilib. 

İl ərzində Bankın cəmi öhdəlikləri 1,6% azalaraq 129 857 min manat, o cümlədən depozit portfeli 18% azalaraq 70 461 min manat olub. Depozitlərin 27 283 min manatı xarici valyutada yerləşdirilib. 

Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) Banka qarşı tələbləri isə illik 1,6% azalaraq 6 000 min manat olub. 

Bu ilin əvvəlinə Bankın nizamnamə kapitalı 64 910 min manat, cəmi kapitalı isə 61 344 min manat təşkil edib.

2018-ci ildə "Günaybank" 1 289,5 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 3,2 dəfə azdır. Ötən il bankın faiz gəlirləri 8 888 min manat, faiz xərcləri 4 025 min manat, qeyri-faiz gəlirləri 9 209 min manat, qeyri-faiz xərcləri 7 285 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi