“Günaybank”ın aktivləri azalıb

“Günaybank”ın aktivləri azalıb Bakı. 10 oktyabr. REPORT.AZ/ “Günaybank” ASC-nin aktivləri illik 1,9% azalaraq 2018-ci il oktyabrın 1-nə 173 762 min manat təşkil edib.
Maliyyə
10 Oktyabr , 2018 12:28
“Günaybank”ın aktivləri azalıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Günaybank” ASC-nin aktivləri illik 1,9% azalaraq 2018-ci il oktyabrın 1-nə 173 762 min manat təşkil edib.

“Report” bu barədə Bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Müştərilərə verilən kreditlərin (kreditlər üzrə mümkün zərərlər çıxılmaqla) həcmi illik müqayisədə 8,0% artaraq 114 603 min manat olub. Bildirək ki, bunun isə 15 910 min manatı xarici valyutada verilən kreditlərin payına düşüb.

2018-ci il oktyabrın 1-nə Bankın cəmi öhdəlikləri illik 5,8% azalaraq 111 874 min manat, o cümlədən depozit portfeli 18,6% artaraq 69 830 min manat olub. Depozitlərin 23 808 min manatı xarici valyutada yerləşdirilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) Banka qarşı tələbləri isə 2018-ci il oktyabrın 1-nə 6 100 min manat olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə azdır.

Cari il oktyabrın 1-nə Bankın nizamnamə kapitalı 64 910 min manat, cəmi kapitalı 61 887 min manat təşkil edib.

Yanvar-sentyabr ayları ərzində Bank 1 909,8 min manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 8,2% azdır. Bu ilin yanvar-sentyabr yaylarında bankın faiz gəliri 6 482 min manat, faiz xərcləri 3 408 min manat, qeyri-faiz gəlirləri 7 075 min manat, qeyri-faiz xərcləri 4 816 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi