“Günaybank” dollar əmanətlərini ucuzlaşdırıb

“Günaybank” dollar əmanətlərini ucuzlaşdırıb Bakı. 27 mart. REPORT.AZ/ “Günaybank” ASC müştərilərdən ABŞ dolları ilə qəbul etdiyi əmanətlər üzrə illik faiz dərəcəsini 3 faiz bəndi az...
Maliyyə
27 Mart , 2017 15:10
“Günaybank” dollar əmanətlərini ucuzlaşdırıb

Bakı. 27 mart. REPORT.AZ/ “Günaybank” ASC müştərilərdən ABŞ dolları ilə qəbul etdiyi əmanətlər üzrə illik faiz dərəcəsini 3 faiz bəndi azaldıb.

Bu barədə "Report" Banka istinadən xəbər verir.

Məlumata görə, hazırda "Günaybank"da dollarla 1 il müddətinə yerləşdirilən əmanətlərə görə 3% dividend ödənilir. İndiyə qədər bu göstərici 6% olub.

Bundan başqa, “Günaybank” avro ilə əmanət qəbulunu dayandırıb. Bankın Azərbaycan manatı ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb.

Xatırladaq ki, "Günaybank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64 910 093 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 47,83 manat olan 1 357 100 səhm əsasında formalaşıb. Səhmlərin 50,81%-i Mahmud Nadir oğlu Məmmədova (Bankın Müşahidə Şurasının sədri), 38,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay Mahmud qızı İldırımzadəyə, 2,31%-i Xanım Nadir qızı Məmmədovaya (Bankın Müşahidə Şurasının üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,31%-i Ceyran Əbil qızı Ələsgərovaya, 1,12%-i Samir Qədir oğlu Cəfərova, 1,1%-i Mahir Əli oğlu Xəlilova, yenə də 1,1%-i Əhəd Teyyub oğlu Şirinova (Bankın Müşahidə Şurasının üzvü), 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Son xəbərlər

Orphus sistemi