“Günay Sığorta”ya yeni sədr təyin edilib

“Günay Sığorta”ya yeni sədr təyin edilib Bu, Vüqar Babakişiyevdir
Maliyyə
8 Fevral , 2017 11:38
“Günay Sığorta”ya yeni sədr təyin edilib

Bakı. 8 fevral. REPORT.AZ/ “Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Şirkətdən “Report”a verilən məlumata görə, bu vəzifəyə Vüqar Babakişiyev gətirilib.

O, bundan əvvəl Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Beynəlxalq əlaqələr və təkrarsığorta Departamentinin direktoru olub. V.Babakişiyev yeni vəzifəsində Qəmbər Suvanverdiyevi əvəz edib.

Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur. 

Son xəbərlər

Orphus sistemi