“Günay Sığorta” istiqraz buraxılışının səbəbini açıqlayıb

“Günay Sığorta” istiqraz buraxılışının səbəbini açıqlayıb “Günay Sığorta” ASC yaxın vaxtlarda reallaşdırmaq istədiyi 1 milyon manatlıq istiqraz buraxılışının səbəbini açıqlayıb.
Maliyyə
3 Fevral , 2020 16:46
“Günay Sığorta” istiqraz buraxılışının səbəbini açıqlayıb

“Günay Sığorta” ASC yaxın vaxtlarda reallaşdırmaq istədiyi 1 milyon manatlıq istiqraz buraxılışının səbəbini açıqlayıb.

Bu barədə “Report”a şirkətin İdarə Heyətinin üzvü Gülnara Cavadova məlumat verib.

Xatırladaq ki, martın 3-də, saat 11:00-da "Günay Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 75C ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Günay Sığorta"nın ötənilki mənfəətinin bölüşdürülməsi, eləcə də şirkətin hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd (1 milyon manatlıq) faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının buraxılması məsələləri daxildir.

G.Cavadovanın sözlərinə görə, emissiya nəticəsində əldə olunacaq vəsait hesabına investisiya qoyuluşu həyata keçiriləcək və “Günay Sığorta”nın gəlirləri artırılacaq.

“Qiymətli kağızlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də yerləşdiriləcək və 1 il müddətində tədavüldə olacaq. Hələ ki, illik faiz dərəcəsinin nə qədər olmasına, faizlərin neçə ödənilməsinə qərar verilməyib, anderrayter xidməti göstərəcək investisiya şirkəti seçilməyib. Bütün bu məsələlər səhmdarların yığıncağında həll olunacaq”, - deyə o, qeyd edib.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi